Avropa Ədalətli Oyunlar Komitəsinin prezidenti Karlos Qonsalves sabah Bakıya gələcək
11.06.2008 - 15:36
Bakı. Elşən Məmmədov-APA-Sport. Sabah Avropa Ədalətli Oyunlar Komitəsinin prezidenti Karlos Qonsalves və vitse-prezidentləri Ərdoğan Arıpınarla Manfred Lammer Bakıya gələcəklər. Milli Olimpiya Komitəsindən (MOK) “APA-Sport” agentliyinə verilən məlumata görə, beş gün davam edəcək səfər əsasən 2009-cu ilin oktyabrında Azərbaycan paytaxtında keçiriləcək Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası ilə əlaqədar olacaq. Bununla yanaşı, qonaqlar iyunun 13-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, eləcə də MOK-da mühazirələr oxuyacaqlar. Həmin gün saat 16:00-da onlar MOK-un inzibati binasında mətbuat konfransı keçirəcəklər. Avropa Ədalətli Oyunlar Komitəsinin rəsmilərinin səfər proqramına paytaxtımızdakı bir sıra idman qurğuları ilə tanışlıq və şəhər gəzintisi, həmçinin ölkəmizin idman rəsmiləri ilə görüşlər də daxil edilib.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0