Azərbaycanın güllə atıcısı Nigar Bağırovanın silahı əlindən alınıb
11.06.2008 - 18:09
“Mənim iki silahım var idi: pnevmatik və kiçikçaplı tapança. 25 metrlik hədəfə atəş açdığım kiçikçaplı tapançanı xalam İradə Aşumovadan almışdım. Son 5 ildə daxili və beynəlxalq yarışlarda bu silahdan istifadə edirdim. Lakin ötən ayın sonlarında İtaliyada keçirilən Dünya Kubokundan vətənə qayıdan kimi Vladimir Lunyov silahı qaytarmağımı tələb etdi”. N.Bağırova bu hadisənin baş məşqçinin son beynəlxalq turnirlərə göndərilməməsi ilə bağlı olub-olmadığını söyləməyə çətinlik çəkib. Gənclər və İdman Nazirliyinin rəhbərliyi ötən ay Dünya Kubokunun mərhələ yarışlarına V.Lunyovun əvəzinə N.Bağırovanın anası Ruhiyyə Bağırovanı ezam edib. Nazirlik İradə Aşumovanın Pekin Olimpiadasına lisenziya qazanmadığını əsas gətirərək, V.Lunyovun səfər xərclərini ödəməyə razılaşmayıb. Hər halda, gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı baş məşqçinin silahı qaytarmaq tələbini yerinə yetirib: “Onun bu addımı qəsdən edib-etmədiyini deyə bilmərəm. Lunyov silahı geri istəyərkən bunu başqa şagirdinə verəcəyini söylədi. İradə Aşumova isə bu məsələyə ümumiyyətlə müdaxilə etməyib”. N.Bağırova silahı olmadığı üçün hazırda məşq edə bilmir. O, sentyabrda keçiriləcək Azərbaycan çempionatına qatılmayacağını vurğulayıb: “Gənclər və İdman Nazirliyinin rəhbərliyi mənə təzə silah alınacağına söz verib. Silahım olmasa, gələcəkdə ancaq 10 metrlik məsafədən hədəfə atəş açma yarışlarında mübarizə aparacağam”.
Qeyd edək ki, bir kiçikçaplı tapançanın qiyməti 1500 avroya bərabərdir.
Qeyd edək ki, bir kiçikçaplı tapançanın qiyməti 1500 avroya bərabərdir.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0