Kriştiano Ronaldo: “İlk məqsədimizə nail olduq”
12.06.2008 - 11:48
Cenevrə. Elşən Məmmədov – APA-Sport. “Biz artıq ilk məqsədimizə – növbəti mərhələyə çıxmağa nail olduq. Xoşbəxtəm ki, komandamın ümumi uğuruna öz töhfəmi verdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo deyib. Avropa çempionatının ikinci turu çərçivəsində A qrupunda keçirilən Portuqaliya – Çexiya matçının ən yaxşı oyunçusu seçilən K.Ronaldo vahid kollektiv şəklində mübarizə apardıqları üçün qələbə qazandıqlarını bildirib: “Çexiyalılar həqiqətən də yaxşı oynadılar. Rəqibin müdafiə xəttini yarmaq çox çətin idi. Amma kollektiv oyun sayəsində qələbəyə nail olduq”. 23 yaşlı yarımmüdafiəçi belə davam edəcəkləri halda qitə birinciliyində uğur qazanacaqlarını vurğulayıb.
Qeyd edək ki, Çexiya üzərində 3:1 hesablı qələbə qazanan Portuqaliya yığması qrup lideri kimi ¼ finala vəsiqə qazanan ilk komanda olub.
Qeyd edək ki, Çexiya üzərində 3:1 hesablı qələbə qazanan Portuqaliya yığması qrup lideri kimi ¼ finala vəsiqə qazanan ilk komanda olub.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0