Azərbaycan cüdoçuları Sloveniyaya yollanıblar
12.06.2008 - 12:19
Bakı. Aqşin Əliyev - APA-Sport. Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Kifayət Qasımova və Gözəl Zutova Sloveniyanın Selje şəhərinə yollanıblar. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, xanım idmançılarımızın səfərində əsas məqsəd beynəlxalq təlim-məşq toplanışına qatılmaqdır. Belə ki, K.Qasımova və G.Zutova Seljedə təşkil olunan birhəftəlik təlim-məşq toplanışında iştirak edəcəklər. Bu hazırlıq prosesi iyunun 21-də start götürəcək beynəlxalq turnir öncəsi keçiriləcək. Cüdoçularımız təlim-məşq toplanışına qatılan digər ölkə təmsilçilərindən fərqli, həmin yarışda mübarizə aparmayacaqlar. Baş məşqçi İbadulla Şabanovun yetirmələri iyunun 20-də Sloveniyanı tərk edərək, Rusiyanın Kislovodsk şəhərinə gedəcəklər.
Qeyd edək ki, Pekin Olimpiadasında qadınlardan ibarət yığmamızdan yalnız Kifayət Qasımova qüvvəsini sınayacaq.
Qeyd edək ki, Pekin Olimpiadasında qadınlardan ibarət yığmamızdan yalnız Kifayət Qasımova qüvvəsini sınayacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0