Teymur Rəcəbov reytinq cədvəlində geriləyib
12.06.2008 - 12:34
Bakı. Kənan Həsənov - APA-Sport. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2007/2008 mövsümündə keçirilən turnirlərin nəticələrinə əsasən yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 87 kişi şahmatçının sıralamasında yer alan təmsilçilərimiz geriləyiblər. ACP-nin təqviminə daxil olan 8 yarışda iştirak edən milli komandamızın lideri Teymur Rəcəbov bir pillə geriləyib. Hesabında 1527 xal olan 21 yaşlı qrossmeysterimiz 7-ci sırada qərarlaşıb. Yığmamızın digər üzvü, 7 turnirə qatılan Vüqar Həşimov isə iki pillə geriləyib. Bakıda təşkil olunan Qran-Pri turnirində qalib gələn qrossmeysterimiz 1174 xalla 11-ci yeri tutub. Cəmi iki turnirdə çıxış edən Namiq Quliyev (65 xal) bir pillə geriləyərək 70-ci sıraya düşüb. Siyahıya, iştirak etdiyi 14 yarışın yekununa əsasən, 2596 xal toplayan Vasili İvançuk başçılıq edir. Ukraynalı şahmatçını 1987 xalla (7 turnir) hindistanlı dünya çempionu Vişvanatan Anand və 1654 xal (4 turnir) toplayan rusiyalı Aleksandr Morozeviç izləyir.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0