Pekin Olimpiadasına lisenziya qazanan boksçu Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb
13.06.2008 - 11:49
“APA-Sport” agentliyinin məlumatına görə, bu səbəbdən 6 qat SSRİ, iki dəfə Avropa və olimpiya çempionu Valeri Popençenkonun xatirəsinə həsr edilən yarışda milli komandamızın heyətində əvvəl açıqlandığı kimi 7 deyil,6 boksçu mübarizə aparacaq. Belə ki, məşq prosesində Şahin İmranov (57 kq) əlindən zədələnib. Pekin Olimpiadasına lisenziya qazanan yığmanın kapitanı bu səbəbdən heyətdən kənarlaşdırılıb. Baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Moskvaya Rəhim Nəcəfov (54 kq) Fərhad Acalov (64 kq), Emil Məhərrəmov (69 kq), Zaur Teymurov, Rüfət Xairbəyov (hər ikisi 81 kq) və Azər Məmmədov (91 kq) yollanacaq. İkinci dəfə təşkil olunacaq və iyunun 22-də başa çatacaq turnirin hakimlər korpusunda ölkəmizi beynəlxalq dərəcəli referi Qismət Novruzov təmsil edəcək.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0