Azərbaycan şahmatçısı Günay Məmmədzadə Avropa çempionu olub
15.06.2008 - 10:57
Qızların yarışında iştirak edən iki şahmatçımızdan biri Günay Məmmədzadə 9 oyundan 8 xal toplamaqla Avropa çempionu adını qazanıb. Təmsilçimiz yalnız əlavə göstəricilərə görə eyni miqdarda xal toplayan gürcüstanlı Nino Jalaqoniyanı qabaqlayıb. 17 iştirakçı arasında olan digər təmsilçimiz Xanım Balacayeva 6 xal toplayaraq 5-ci yerin sahibi olub. Oğlanların yarışında ən yaxşı nəticə göstərən şahmatçımız Şəmşəd Axundov 36 iştirakçı arasında 4-cü olub. O, 9 oyundan 5,5 xal toplamaqla çempiona adını qazanan türkiyəli Temizkan Denizcandan 1,5 xal geri qalıb. Digər iki təmsilçimiz isə çempionatı 5 xalla bitirib. Əlavə göstəricilərə görə Çingiz Məhərrəmli 6-cı, Abdulla Qədimli isə 12-ci yeri tutub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0