Azərbaycan cüdoçuları Yunanıstanda keçirilən beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar
17.06.2008 - 10:58
Bakı. Aqşin Əliyev - APA-Sport. Yunanıstanın paytaxtı Afinada kişi və qadınlar arasında keçirilən beynəlxalq cüdo turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini 6 idmançı qoruyub. Böyüklər arasında təşkil olunmasına baxmayaraq, turnirdə ölkəmizi gənclərin təmsil etməsi məqsədəuyğun sayılıb. İkigünlük mübarizənin yekununda məşqçi Fərhad Məmmədovun yetirmələrindən dördü fəxri kürsüyə yüksəlib. Rasim Əsədullayev (60 kq) və Ramin Qurbanov (81 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medallara layıq görülüblər. Ötən il yeniyetmələr arasında Avropa çempionu olmuş Sərxan Əhmədov (66 kq) beynəlxalq turnirdə 3-cü yeri tutub. Həmçinin, 90 kq çəki dərəcəsində qüvvəsini sınmayan Elmar Qasımov da bürünc medal qazanıb. Cüdoçularımız yarışdan sonra beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
0
0