Xorvatiya yığmasının müdafiəçisi: “Biz Türkiyədən güclüyük”
18.06.2008 - 10:16
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Biz istənilən halda Türkiyə yığmasından güclüyük. Bunu yalnız meydanda sübut etmək qalır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının müdafiəçisi Hrvoye Veyiç deyib. İyunun 20-də keçiriləcək ¼ final oyunu ərəfəsində xorvatiyalı futbolçu Türkiyə milli komandasını təhlükəli rəqib sayır: “Rəqibin zəif olduğunu demək düzgün olmazdı. Hamı bizim də Almaniyadan zəif olduğumuzu söyləyirdi. Amma biz onlara qalib gəldik. Bir oyunda hər şeyin olması mümkündür. Elə türkiyəlilər də heç vaxt əllərini aşağı salmadığını təsdiqləyib. Onlar həm İsveçrə, həm də Çexiya ilə görüşdə qələbə üçün alışıb yanırdılar. Hər iki halda da qalib gəlməyi bacardılar. Bunu qiymətləndirməmək olmaz. Lakin onlar yorulub. Bizim əsas heyət oyunçuları isə bir az istirahət edə bilib. Xorvatiya yığması Hollandiya, İspaniya və Portuqaliya ilə birlikdə turnirin favoritlərindən biridir”.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
0
0