Azərbaycan boksçuları sabah Moskvada beynəlxalq turnirə qatılacaqlar
18.06.2008 - 10:19
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Rusiyanın paytaxtı Moskvada olimpiya, 6 dəfə SSRİ, iki dəfə Avropa çempionu Valeri Popençenkonun xatirəsinə həsr olunan beynəlxalq boks turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, ikinci dəfə təşkil ediləcək yarışda Azərbaycan milli komandasının baş məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında altı boksçumuz mübarizə aparacaq. İyunun 22-dək davam edəcək turnirin mükafatları uğrunda Rəhim Nəcəfov (54 kq) Fərhad Acalov (64 kq), Emil Məhərrəmov (69 kq), Zaur Teymurov, Rüfət Xairbəyov (hər ikisi 81 kq) və Azər Məmmədov (91 kq) döyüşəcək. Hakimlər korpusunda isə beynəlxalq dərəcəli referi Qismət Novruzov yer alacaq.
Qeyd edək ki, Pekin Olimpiadasına lisenziya qazanan yığmanın kapitanı Şahin İmranov (57 kq) əlindən kiçik zədə aldığı üçün son anda Moskvaya yollanan heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Pekin Olimpiadasına lisenziya qazanan yığmanın kapitanı Şahin İmranov (57 kq) əlindən kiçik zədə aldığı üçün son anda Moskvaya yollanan heyətdən kənarlaşdırılıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0