Andrey Arşavin: “Qolları Hollandiya üçün saxlamışıq”
19.06.2008 - 11:12
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “İsveçlə görüşdə daha 3-4 yüz faizli qol imkanını əldən verdik. Lakin bütün qolları bir oyunda vurmaq olmaz ki... Növbəti oyunlar üçün də nəsə saxlamaq lazımdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiya milli komandasının hücumçusu Andrey Arşavin deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının ilk iki oyununu cəza üzündən buraxan rusiyalı futbolçu qrup mərhələsinin son matçında İsveç üzərində qələbədən razı qalıb: “Növbəti mərhələdə Hollandiyadan başqa istənilən rəqiblə qarşılaşsaydıq, qələbə şanslarımız daha çox olardı. Şübhə etmirəm ki, bu komanda qitə birinciliyinin ən güclü yığmasıdır. Lakin biz məğlub olmaq fikrində deyilik və qələbəyə köklənəcəyik”.
Rusiya millisinin müdafiəçisi Yuri Jirkov isə Hollandiyanı da məğlub edəcəklərinə inanır: “Arşavin ikinci qolu vuranda başa düşdük ki, artıq qələbəni əldən verməyəcəyik. Həmişə müdafiəçilər növbə ilə hücumlara qoşulur. Oyunla bağlı planı yerinə yetirdik. Arşavin əla oynadı. O komandamızın əsl lideridir. İndi isə yoldaşlıq oyununda 1:4 hesabı ilə uduzduğumuz Hollandiyadan əvəz çıxacağıq”.

- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
0
0