Türkiyə milli komandası tarixi ərzində Xorvatiyaya qalib gəlməyib
19.06.2008 - 11:31
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyə milli komandası Avropa çempionatları tarixində ilk dəfə mükafat qazanmaq üçün daha bir sindromu qırmalıdır. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəlilər tarixi ərzində Xorvatiya yığmasına qalib gəlməyib. Fatih Terimin yetirmələri Avropa çempionatında sabah keçiriləcək ¼ final matçında qarşılaşacağı rəqiblə əvvəllər 3 dəfə görüşüb. 12 il əvvəl qitə birinciliyinin final mərhələsində türkiyəlilər ilk dəfə Xorvatiya millisi ilə qarşılaşmışdı. Həmin vaxt komandaya rəhbərlik edən F.Terim balkanlılara yeganə məğlubiyyətin əvəzini çıxmaq şansı əldə edib. Belə ki, sonradan daha iki dəfə yoldaşlıq oyununda üz-üzə gələn komandalar meydanı heç-heçə ilə tərk edib. 1997-ci ildə rəqiblər hərəyə 1, 4 il əvvəl isə 2 qol vurmaqla bərabərliklə ayrılıb.
Qeyd edək ki, Türkiyə milli komandası qrup mərhələsinin son oyununda əvvəllər heç vaxt məğlub etmədiyi Çexiya üzərində ilk qələbəsini qazanmaqla ¼ finala vəsiqə qazanmışdı.
Qeyd edək ki, Türkiyə milli komandası qrup mərhələsinin son oyununda əvvəllər heç vaxt məğlub etmədiyi Çexiya üzərində ilk qələbəsini qazanmaqla ¼ finala vəsiqə qazanmışdı.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
0
0