Andrey Arşavin: “Petrjela deyirdi ki, meydan müdafiə olunanda kiçik, hücum edəndə böyük olmalıdır”
20.06.2008 - 12:07
Bakı. Mehman Süleymanov - APA-Sport. “Futbolun prinsipləri hər matçda eynidir. Yadıma düşür, Petrjela bu haqda belə deyirdi: meydan müdafiə olunanda kiçik, hücum edən zamanı böyük olmalıdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Rusiya milli komandasının aparıcı hücumçusu Andrey Arşavin deyib. Avro-2008-də ilk oyununu qolla qeyd edən 26 yaşlı futbolçu “Neftçi”nin çexiyalı sabiq baş məşqçisi, “Zenit”də rəhbərliyi altında çıxış etdiyi Vlastimil Petrjelanın tövsiyələrinin doğru olduğuna şübhə etmir. Sabah ¼ finalda Hollandiya yığması ilə görüşəcək A.Arşavin milli komandasının bu səddi aşmasına inanır: “Əgər qələbə qazanmaq istəyiriksə, meydanda sıx oynayıb, pressinq etməli, hollandlara müdafiədən rahat çıxmağa imkan verməməliyik. Onlarla son görüşdəki səhvləri təkrarlamaq olmaz. Həmin matçda rəqibə topa tam davranmağa imkan yaratdıq. Nəticədə hollandlar 90 dəqiqənin az qala 80 dəqiqəsində topa sahib çıxdılar”.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
0
0