Azərbaycan milli komandası Qran-Pri turnirində 10-cu yeri tutub
23.06.2008 - 10:45
Bakı. Kənan Həsənov - APA-Sport. ABŞ-ın Las-Veqas şəhərində qılıncoynatma üzrə Qran-Pri turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışa qatılan sablya üzrə milli komandamızın üzvləri uğursuz çıxış ediblər. Fərdi yarışda fəxri kürsüyə yüksələ bilməyən təmsilçilərimiz komanda birinciliyində də medal qazanmağı bacarmayıblar. Yığmamız ilk görüşdə Rusiyaya 34:45 hesabı ilə uduzduqdan sonra Honq-Konqa (45:37) və Yaponiyaya (45:38) qalib gəlib. Sonuncu görüşdə isə Macarıstana 32:45 hesabı ilə məğlub olaraq 16 komanda arasında 10-cu olub.
Qeyd edək ki, bundan öncə keçirilən fərdi birincilikdə Janna Muradqızı 25-ci, Səbinə Əmrahzadə 32-ci, Sevil Bünyatova 73-cü, Aidə Ələsgərova 82-ci yeri tutub.
Qeyd edək ki, bundan öncə keçirilən fərdi birincilikdə Janna Muradqızı 25-ci, Səbinə Əmrahzadə 32-ci, Sevil Bünyatova 73-cü, Aidə Ələsgərova 82-ci yeri tutub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0