Arsen Venger: “Arda Turan David Vilyadan daha səviyyəli futbolçudur”
24.06.2008 - 12:02
Bakı. Elşən Məmmədov - APA-Sport. Türkiyə milli komandasının sol cinah yarımmüdafiəçisi Arda Turan İngiltərənin “Arsenal” klubunun maraq dairəsinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, London təmsilçisinin baş məşqçisi Arsen Venger 21 yaşlı futbolçusu almaq istədiklərini açıqlayıb. 59 yaşlı mütəxəssis klubun rəsmi internet saytına müsahibəsində deyib: “Etiraf edək ki, Kriştiano Ronaldonu ala bilmərik. Ancaq rəqib üçün ən azı Ronaldo qədər təhlükəli olan Arda Turan bizi çağırır”. A.Turanın dünya futboluna damğasını vuracağını bildirən fransalı çalışdırıcı Avropa çempionatında türkiyəli oyunçunu keçmiş yetirməsi Rober Piresdən də üstün sayıb. Onun fikrincə, “Qalatasaray” klubunun futbolçusu qitə birinciliyində çıxış edənlər arasında ən istedadlısıdır: “Avropa çempionatında Bəhrami, Podolski, Engelaar, Sərvət Çətin, David Vilya, Gökhan İnlər, Ərən Dərdiyok kimi oyunçuları bəyəndim, amma Arda Turan onların hamısından səviyyəlidir”.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
0
0