Rəcəb Tayyip Ərdoğan: “Sabah yüz milyonlarla dost və qardaşımız Türkiyə yığmasının qələbəsi üçün dua edəcək”
24.06.2008 - 16:27
Ankara. Elşən Məmmədov - APA-Sport. “Sabah təkcə 70 milyon vətəndaşımız deyil, yüz milyonlarla dost və qardaşımız da Türkiyə yığmasını dəstəkləyəcək, komandamızın qələbəsi üçün dua edəcək”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. Onun fikrincə, Türkiyə milli komandasının sabah Almaniya ilə keçirəcəyi Avropa çempionatının yarımfinal matçında da qələbə qazanacaq. R.T.Ərdoğan “ay-ulduzlular”ın qələbəsinin təkcə Türkiyədə yox, Avropa, Asiya, Afrika qitələrində və dünyanın hər bir guşəsində qeyd olunacağını açıqlayıb. Baş nazir, həmçinin Türkiyə millisinin son qələbələrində türk millətinə xas keyfiyyətlərin böyük rol oynadığını vurğulayıb: “Ən çətin anlarda, ən ağır şəraitdə toparlanaraq, ayağa qalxmaq, heç bir işdən yorulmamaq, səbrlə, dəyanətlə hədəflərə doğru irəliləmək bu millətin xəmirində var. Mən bu ortaq ruhu, bu duyğu birliyini köksündə ay-ulduz daşıyan idmançılarımızda da, 70 milyonluq vətəndaşımızda da görürəm. Gələcəyə ümidlərimizi artıran da məhz bu hisslərimizin birliyidir”.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0