İspaniya yığmasının Rusiya ilə oyuna start heyəti açıqlanıb
25.06.2008 - 12:25
Vyana. Elşən Məmmədov - APA-Sport. Sabah keçiriləcək Avropa çempionatının növbəti yarımfinal matçında Rusiya ilə qarşılaşacaq İspaniya yığmasının start heyəti məlum olub. “APA-Sport” agentliyinin İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi Luis Araqones Vyanada “Ernst Happel” stadionunda baş tutacaq görüşdə meydançaya İtaliya yığması ilə ¼ final matçında şans verdiyi futbolçuları buraxacaq. Belə ki, rusiyalılara qarşı oyunda ilk “11-lik”də İker Kasilyas – Serxio Ramos, Karles Puyol, Karlos Marçena, Xuan Kapdevilya – Markos Senna, Xavi Ernandes, Andres İnyesta, David Silva – David Vilya, Fernando Torres yer alacaq. Bununla belə, M.Sennanın zədə problemi üzündən sabahkı görüşü ümumiyyətlə buraxma ehtimalının olduğu bildirilir. Yarımmüdafiəçi görüşə tam hazır olmadığını etiraf edib: “Oyuna çıxacağım halda, əlimdən gələni əsirgəməyəcəyəm. Ancaq işimin öhdəsindən tam gələ bilmədiyimi hiss etsəm, komanda yoldaşlarımı pis vəziyyətdə qoymamaq üçün əvəzlənməyimi xahiş edəcəyəm”.
Qeyd edək ki, Rusiya - İspaniya matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, Rusiya - İspaniya matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0