Azərbaycanın kayak və kanoeçiləri Dünya Kubokunun III mərhələsinə qatılacaqlar
25.06.2008 - 13:35
Poznan. Elşən Məmmədov – APA-Sport. İyunun 27-də Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 41 ölkədən 341 idmançının qatılacağı yarışda Azərbaycan avarçəkənləri də mübarizə aparacaqlar. Kayakçıların mübarizəsində 1 nəfərlik qayıqda Fikrət Zeynalov, 2 nəfərlik qayıqda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti çıxış edəcək. Kanoeçilərimizə gəldikdə, Aleksandr Kasatkinlə Dünya Kubokunun I mərhələsinin qalibi Valentin Demyanenko 1 nəfərlik qayıqlarda qüvvələrini sınayacaqlar. Bütün idmançılarımız 200 və 500 metr məsafələrə yürüşdə iştirak edəcəklər. Yarış üç gün davam edəcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0