Filip Lam: “Finalda kiminlə oynamağın fərqi yoxdur”
26.06.2008 - 10:12
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Almaniya yığması üçün finalda kiminlə oynamağın ciddi fərqi yoxdur”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının müdafiəçisi Filip Lam deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının yarımfinal oyununda Türkiyənin qapısına vurduğu qolla komandasına qələbə gətirən futbolçu inamın əsas olduğunu vurğulayıb: “Qol vurduğum anda nə hiss etdiyimi bilmirəm. Çünki başımda o qədər emosiyalar var idi ki. Düşünürəm ki, bu karyeramdakı ən əhəmiyyətli qollardan biridir. Heç vaxt özünə və komandaya inamı itirməməlisən. Finaldakı rəqibdən asılı olmayaraq, yalnız bir oyunda qələbə qazanmaqla, qitə çempionu titulunu Almaniyaya qaytarmaq lazımdır”.
Qeyd edək ki, Almaniya milli komandası sonuncu dəfə 12 il əvvəl Azərbaycan yığmasının hazırkı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında Avropa çempionu olub.
Qeyd edək ki, Almaniya milli komandası sonuncu dəfə 12 il əvvəl Azərbaycan yığmasının hazırkı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında Avropa çempionu olub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0