Türkiyə yığmasının 4 futbolçusu tarixə düşüb
26.06.2008 - 12:53
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rüştü Rəcbər, Əmrə Belözoğlu, Əmrə Aşık və Nihat Kahveçi Türkiyə futbol tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu futbolçular Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatında bürünc medala layiq görülərək, karyeralarında ikinci dəfə böyük uğur qazanıblar. Belə ki, qitə birinciliyində üçüncü yeri tutan Türkiyə milli komandasının 23 üzvündən yalnız dördü - R.Rəcbər, Ə.Belözoğlu, Ə.Aşık və N.Kahveçi 6 il öncə Yaponiya və Koreyada keçirilən dünya çempionatında da eyni əyarlı medala sahib çıxıb. Ümumiyyətlə, yığmanın baş məşqçisi Fatih Terim Avropa çempionatına apardığı futbolçulardan 22-nə oynamaq şansı verib. Yalnız üçüncü qapıçı Tolqa Zəngin qitə birinciliyində çıxış etməyib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0