Avropa çempionatının finalında Almaniya və İspaniya yığmaları qarşılaşacaq
27.06.2008 - 09:49
İspaniyalılar eyni arenada təşkil olunan yarımfinal matçında Rusiya millisini darmadağın ediblər – 3:0. İlk yarının ortalarında çempionatın bombardiri David Vilya zədələnərək, meydançanı tərk edib. Lakin İspaniya yığmasının hücumlarının kəsəri azalmayıb. Fasilədən sonra baş məşqçi Luis Araqonesin komandası rusiyalıların qapısından üç cavabsız top keçirib. Xavi Ernandes, Daniel Giza və David Silva baş məşqçi Qus Hiddinkin komandasının müdafiə xəttində yaranan boşluqlardan məharətlə yararlanıblar.
İspaniya və Rusiya milliləri qrup mərhələsində də üz-üzə gəliblər. Həmin oyunda da ispaniyalar Rusiya millisini 3 top fərqi ilə - 4:1 hesablı məğlubiyyətə uğratmışdılar. Ümumiyyətlə, qonşu ölkə yığması qitə birinciliyində 8 top buraxıb ki, bunlardan 7-sini məhz L.Araqonesin yetirmələri vurublar. Beləliklə, İspaniya millisi Avropa çempionatları tarixində üçüncü dəfə finalda çıxış etmək hüququ qazanıblar. 1964-cü il qitə birinciliyinin həlledici matçında keçmiş SSRİ yığmasını məğlubiyyətə uğradan ispaniyalılar çempion olsalar da, bundan 20 il sonra Fransa millisinə uduzaraq, gümüş medalla kifayətləniblər. Almaniya yığması isə tarixində 6-cı dəfə Avropa çempionatının finalçısı olacaq. 1972, 1980 və 1996-cı illərdə çempion adını qazanan Bundestim 1976 və 1992-ci il qitə birinciliklərində gümüş medala sahib çıxıb.
İspaniya – Rusiya – 3:0
Xavi Ernandes 50, Daniel Giza 73, David Silva 82.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0