Almaniya yığmasının futbolçularına rekord məbləğdə mükafat veriləcək
27.06.2008 - 12:33
Bakı. Elşən Məmmədov – APA-Sport. Almaniya milli komandasının futbolçuları Avropa çempionatının finalına çıxdıqları üçün rekord məbləğdə mükafat alacaqlar. «APA-Sport» agentliyinin məlumatına görə, Bundestimin hər bir oyunçusuna Almaniya Futbol Federasiyası tərəfindən 150 min avro veriləcək. İyunun 29-da keçiriləcək final matçında Almaniya millisi İspaniya yığması üzərində qələbə qazanaraq, tarixində dördündü dəfə Avropa çempionu olacağı təqdirdə, bu məbləğ 250 min avroya çatdırılacaq. 2006-cı il dünya çempionatında bürünc medal qazanan almaniyalı futbolçuların hər birinə 100 min avro verilmişdi. Artıq Almaniya Futbol Federasiyası (DFB) Avropa çempionatında çıxışları müqabilində UEFA-dan 19 milyon avro qazanıb. Almaniyalılar turnirin qalibi olarlarsa, DFB-nin qazancı 22 milyon avroya yüksələcək.
Qeyd edək ki, qitə birinciliyinin yarımfinalında Bundestim Türkiyə yığmasını məğlub edib – 3:2.
Qeyd edək ki, qitə birinciliyinin yarımfinalında Bundestim Türkiyə yığmasını məğlub edib – 3:2.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0