Azərbaycanın kamandan oxatanı Pekin Olimpiadasına vəsiqə qazana bilməyib
30.06.2008 - 10:25
Bakı. Aqşin Əliyev - APA-Sport. Fransanın Boe şəhərində keçirilən kamandan oxatma üzrə Dünya Kubokunun 4-cü mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan Emil Akçurin uğursuzluğa düçar olub. Həmyerlimiz öncə təsnifat mərhələsində 155 nəfər arasında 129-cu yeri tutub. Buna baxmayaraq, 27 yaşlı idmançı Pekin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnirdə də qüvvəsini sınayıb. E.Akçurin lisenziya yarışının 1/32 finalında venesuelalı Manuel Diasla qarşılaşıb. O, rəqibinə 96:103 hesabı ilə uduzduğundan mübarizəni erkən dayandırıb. Beləliklə, E.Akçurin Pekin Olimpiadasına yollanmaq şansını itirib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0