Beynəlxalq Gimnastika Federasiyası İrina Vinerə xəbərdarlıq edib
30.06.2008 - 15:26
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Gimnastika Federasiyası (FİG) bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi İrina Vinerlə bağlı qərarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, FİG rusiyalı mütəxəssisə xəbərdarlıq etməklə kifayətlənib. Beləliklə, Azərbaycan gimnastlarının da hazırlığına nəzarət edən İ.Viner mümkün cəzadan yayınıb. FİG-in Nizam-İntizam Komitəsi İ.Vinerlə bağlı araşdırmalara aprelin 22-də başlamışdı. O, beynəlxalq federasiyanın nümayəndələrinə və idmançılara qarşı aqressiv davranışda, həmçinin yarışların nəticəsini müxtəlif metodlarla dəyişməkdə ittiham olunurdu. Bu səbəbdən İ.Vinerin 8 il müddətinə diskvalifikasiya ediləcəyi gözlənilirdi.
Qeyd edək ki, bir müddət öncə eyni ittihamlarla Ukrayna yığmasının baş məşqçisi İrina Deryugina 8 il müddətinə cəzalandırılıb.
Qeyd edək ki, bir müddət öncə eyni ittihamlarla Ukrayna yığmasının baş məşqçisi İrina Deryugina 8 il müddətinə cəzalandırılıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0