Azərbaycan ağırlıqqaldıranları son 7 ildə ilk dəfə Avropa çempionatında mübarizə aparacaqlar
04.07.2008 - 12:23
Bakı. Aqşin Əliyev - APA-Sport. İyulun 21-də Fransanın Kann şəhərində yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa çempionatına start veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini 3 idmançı qoruyacaq. Qitə birinciliyində həmyerlilərimizdən podiuma Zülfüqar Seyidov (50 kq), Nicat Rəhimov (62 kq) və Nail Nəbiyev (69 kq) çıxacaqlar. Çempionata yalnız oğlanların aparılmasına səbəb ölkəmizdə qız ağırlıqqaldıranın olmamasıdır. Səfərə bütün milli komandaların baş məşqçisi Vahid Nəzərov yollana bilməyəcək. O, həmin ərəfədə əsas yığmanı Pekin Olimpiadasına hazırlaşdıracaq. Altı gün davam edəcək turnirdə yeniyetmə atletlərimiz məşqçi Xanlar Nəbiyevin sərəncamında olacaq.
Qeyd edək ki, Fransadakı yarış yeniyetmələrdən ibarət milli komandamızın 2001-ci ildən bəri qatıldığı ilk Avropa çempionatı olacaq. Yığma üzvləri son 7 ildə qeyri-müəyyən səbəbdən dünya və qitə birinciliklərində iştirak etməyiblər.
Qeyd edək ki, Fransadakı yarış yeniyetmələrdən ibarət milli komandamızın 2001-ci ildən bəri qatıldığı ilk Avropa çempionatı olacaq. Yığma üzvləri son 7 ildə qeyri-müəyyən səbəbdən dünya və qitə birinciliklərində iştirak etməyiblər.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0