Vüqar Həşimov Rusiyada keçirilən beynəlxalq turnirin favoriti Aleksey Şirovu məğlub edib
16.07.2008 - 18:26
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirdə 8-ci turun oyunları baş tutub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan Vüqar Həşimov hesabat turunda qələbə qazanıb. Ağ fiqurlarla ispaniyalı Aleksey Şirova qarşı mübarizə aparan 22 yaşlı şahmatçımız 67-ci gedişdə rəqibini mat edib. Turun digər partiyalarında - Sergey Rublyovski (Rusiya) - Andrey Volokitin (Ukrayna), Dmitri Yakovenko (Rusiya) - Ernesto İnarkiyev (Rusiya), Viorel Baloqan (Moldova) - Van Xao (Çin) və Emil Sutovski (İsrail) - Aleksandr Onişuk (ABŞ) oyunlarında heç-heçə qeydə alınıb. Beləliklə, yarış cədvəlində yeganə dəyişiklik məhz V.Həşimovla bağlı olub. Xalını 5-ə çatdıran beynəlxalq qrossmeysterimiz liderlər qrupuna yüksəlib. O, A.Şirov, S.Rublyovski və D.Yakovenko ilə birgə 1-4-cü yerləri bölüşdürür. Həmvətənimiz sabah son tur çərçivəsində Van Xaonu sınağa çəkəcək.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0