Azərbaycan güləşçilərinin Avropa çempionatında qazandıqları medalların sayı 6-ya çatıb
19.07.2008 - 10:36
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın gənc güləşçilərinin Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qazandıqları medalların sayı 6-ya çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, son mükafatları komandamıza yunan-Roma güləşçiləri qazandırıblar. Belə ki, döşək üzərinə çıxan 7 pəhləvandan 4-ü fəxri kürsüyə yüksəlib. Həsən Əliyev (55 kq) və Rafiq Hüseynov (74 kq) bütün rəqiblərinə qalib gələrək, qitə çempionu tituluna yiyələniblər. 60 kq çəki dərəcəsində yarışan Kamran Məmmədov yalnız finalda uduzub. Gürcüstanlı Uça Çavadzeyə məğlub olan həmvətənimiz gümüş medala layiq görülüb. Xurşud Babaşov (50 kq) isə 3-cü pillədə qərarlaşıb. Bu növdə digər təmsilçilərimiz Tural Hüseynov (66 kq) 8-ci, Aydın Səfərov (96 kq) 10-cu və Araz Həsənov (84 kq) 13-cü yerlə kifayətləniblər. Öncə iki qadın güləşçimiz Mariya Stadnik (48 kq) Avropa çempionu, Sona Əhmədli (59 kq) isə gümüş medalçı olmuşdu. Beləliklə, yığma üzvləri turnirin ilk 4 günündə 3 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.
Bu gün oğlanlar arasında sərbəst güləş yarışına start verilib. Həmyerlilərimizdən Yaşar Əliyev (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Roman Bəkirov (84 kq) bu gün, Xanlar Şirəliyev (50 kq), Ağəli Ramazanov (60 kq), Pərviz Məmmədov (74 kq) və Səbuhi Məmmədov (96 kq) isə sabah qüvvələrini sınayacaqlar.
Bu gün oğlanlar arasında sərbəst güləş yarışına start verilib. Həmyerlilərimizdən Yaşar Əliyev (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Roman Bəkirov (84 kq) bu gün, Xanlar Şirəliyev (50 kq), Ağəli Ramazanov (60 kq), Pərviz Məmmədov (74 kq) və Səbuhi Məmmədov (96 kq) isə sabah qüvvələrini sınayacaqlar.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0