Əli İsmayılovun reytinq xarakterli növbəti döyüşünün vaxtı müəyyənləşib
25.07.2008 - 11:51
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan peşəkar boksçusu Əli İsmayılov növbəti döyüşünü sentyabrın 27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi olan 34 yaşlı idmançının özü məlumat verib. Ə.İsmayılovun sözlərinə görə, qarşılaşacağı rəqibin kimliyinə aydınlıq gəlməsə də, 8 raundluq növbəti döyüş reytinq xarakterli olacaq. İndiyədək iki dəfə titulunu qoruyan, keçirdiyi 13 döyüşün 11-də qələbə (3-ü nokautla) qazanan, 1 dəfə məğlub olan və 1 görüşdə heç-heçə edən həmyerlimizin rusiyalı promouteri Aleksandr Yaqupov WBO versiyasının türk əsilli qalibi Firat Arslanla da danışıqları davam etdirir. Tərəflər arasında razılıq əldə olunarsa, bu vacib görüş noyabrda baş tutacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0