Çingiz Hüseynzadə: “Pekində qazanılacaq medallar Afina Olimpiadası ilə müqayisədə keyfiyyətcə daha yüksək olmalıdır”
25.07.2008 - 17:14
Bakı. Elşən Məmmədov – APA-Sport. “Olimpiya Oyunları üçün proqnoz vermək çox çətin məsələdir. Amma mən həmişə proqnoz vermişəm. 2004-cü ildə Afinadan 5 medalla qayıdacağımızı demişdim, düz çıxdı. Pekin Olimpiadasından da ən azı 5 medalla qayıdacağımızı proqnozlaşdırıram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Ç.Hüseynzadə bildirib ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazanılacaq medallar Afina Olimpiadası ilə müqayisədə keyfiyyətcə daha yüksək olmalıdır. MOK rəsmisinin fikrincə, medallar yenə ölkəmiz üçün ənənəvi güləş, cüdo, boks, ağırlıqqaldırma və stend atıcılığı növlərində əldə ediləcək.
Qeyd edək ki, 2004-cü il Afina Olimpiadasında yunan-Roma güləşçimiz Fərid Mansurov qızıl, atıcılarımız Zemfira Meftahəddinova və İradə Aşumova, eləcə də boksçularımız Ağası Məmmədov və Fuad Aslanov bürünc medal qazanmışdılar.
Qeyd edək ki, 2004-cü il Afina Olimpiadasında yunan-Roma güləşçimiz Fərid Mansurov qızıl, atıcılarımız Zemfira Meftahəddinova və İradə Aşumova, eləcə də boksçularımız Ağası Məmmədov və Fuad Aslanov bürünc medal qazanmışdılar.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0