Ağayar Axundzadə: “Pekin Olimpiadasında medal qazanmalıyıq”
26.07.2008 - 12:34
Bakı. Elşən Məmmədov – APA-Sport. «Pekin Olimpiadasında əsas hədəfimiz medal qazanmaqdır». Bu sözləri «APA-Sport» agentliyinə açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib. Onun sözlərinə görə, 2000-ci il Sidney və 2004-cü il Afina Yay Olimpiya Oyunları ilə müqayisədə Azərbaycan cüdoçularının Pekindən medalla qayıtmaq imkanı daha böyükdür: «Ötən Olimpiadada medala yaxın idik, amma sonda iki idmançımız 5-ci yerlə kifayətləndi. Sidneydə isə idmançılarımız 5-7-ci yerləri bölüşdürdülər. Bu dəfə isə medal qazanmaq şansımız çoxdur. Avropa və dünya çempionatlarında göstərdiyimiz nəticələrə əsasən belə qənaətə gəlmək olar». Təcrübəli mütəxəssis Pekin Yay Olimpiya Oyunlarında 6 cüdoçumuzun hamısının medal qazanmağa yaxın olduğunu vurğulayıb. O, bildirib ki, bütün lisenziya sahibləri – Kifayət Qasımova (57 kq), Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) eyni imkanlara malikdirlər.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0