Pekin Olimpiadasının medallarının hazırlanmasında 12 kq qızıl, 1000 kq gümüş və 7000 kq misdən istifadə olunub
29.07.2008 - 16:43
Bakı. Kənan Həsənov - APA-Sport. Pekin Yay Olimpiya Oyunlarının qalibləri üçün nəzərdə tutulan qızıl medalların istehsal xərcində ikiqat artım qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, olimpiya çempionuna veriləcək əsas mükafatın hər biri təşkilatçılara 393 ABŞ dollarına başa gəlib. 2004-cü ildə Afinada təşkil olunan analoji yarışda bu məbləğ 155 dollar təşkil edib. Pekin olimpiadası üçün medalları Avstraliya şirkəti hazırlayıb. Şirkət bu işdə 12 kq təmiz qızıl, 1000 kq gümüş və 7000 kq misdən istifadə edib.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0