Azərbaycan idmançıları Yay Olimpiya Oyunları ilə əlaqədar Pekinə yollanıblar
06.08.2008 - 12:23
Bakı. Elşən Məmmədov - APA-Sport. Bu gün Azərbaycan nümayəndə heyəti avqustun 8-də start götürəcək Yay Olimpiya Oyunları ilə əlaqədar Çinin paytaxtı Pekinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı onların yaxınları və azarkeşlərlə yanaşı, jurnalistlər də yola salıblar. 147 nəfərlik nümayəndə heyətinin tərkibində idmançı qismində 16 güləşçi, 2 boksçu, 2 ağırlıqqaldıran, 2 atlet və 2 üzgüçü yer alıb. 6 cüdoçu, 3 ağırlıqqaldıran, 1 stend atıcısı və 1 çapar artıq Pekindədir. 8 bədii gimnastımız və 1 taekvondoçumuz isə avqustun 16-a nəzərdə tutulan növbəti çarter reysi ilə Pekinə yollanacaqlar. Bundan başqa, məşqçilər, federasiyaların, Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin rəsmiləri də Pekinə uçublar. Səfər öncəsi hər bir idmançımız və məşqçimiz müqəddəs “Qurani-Kərim”in altından keçərək, ölkəmizi layiqincə təmsil edəcəklərinə söz veriblər.
Qeyd edək ki, Pekin Olimpiadası avqustun 24-dək davam edəcək. Yığma üzvlərindən ilk olaraq, mübarizəyə cudoçumuz Ramil Qasımov (66 kq) və üzgüçümüz Oksana Hətəmxanova (100 metr, brass) qoşulacaqlar. Onlar avqustun 10-da qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Pekin Olimpiadası avqustun 24-dək davam edəcək. Yığma üzvlərindən ilk olaraq, mübarizəyə cudoçumuz Ramil Qasımov (66 kq) və üzgüçümüz Oksana Hətəmxanova (100 metr, brass) qoşulacaqlar. Onlar avqustun 10-da qüvvələrini sınayacaqlar.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0