Pekin Olimpiadasının qalibləri həyatlarının sonunadək kolbasa ilə təmin olunacaqlar
06.08.2008 - 14:42
Bakı. Kənan Həsənov - APA-Sport. Pekin Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan Belarus idmançıları həyatlarının sonunadək kolbasa ilə təmin olunacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı ölkənin “Belatmit” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Boris Tsiporin bəyanat verib. O, yalnız qadınlardan ibarət basketbol yığmasına güzəşt ediləcəyini deyib. Belə ki, fərdi idman növlərində çıxış edən atletlərdən fərqli, milli komanda üzvləri istənilən medalı qazansa da, kolbasa ilə təmin olunacaqlar.
Qeyd edək ki, Belarus basketbolçuları ilk dəfə olimpiadada mübarizə aparacaqlar.
Qeyd edək ki, Belarus basketbolçuları ilk dəfə olimpiadada mübarizə aparacaqlar.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0