Azərbaycan şahmatçısı dünya çempionatında liderliyi əldən verib
07.08.2008 - 10:37
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların birinciliyində ardıcıl dörd oyunda qalib gələrək liderliyi ələ keçirən Eltac Səfərli V turda məğlubiyyətlə üzləşib. Favoritlərdən Devid Houellə (İngiltərə) uduzaraq liderlik mövqeyini itirən həmyerlimiz bu gün növbəti oyununu rusiyalı İvan Popova qarşı keçirəcək. Digər təmsilçilərimizdən Rauf Məmmədov 3, Bəhruz Rzayevlə Vasif Durarbəyli 2,5, Orxan Abdulov 2 xal toplayıb. Qızların yarışında ən yaxşı göstəriciyə malik təmsilçilərimiz, liderlər qrupunda yer alan şahmatçılardan 1 xal geri qalan Xəyalə İsgəndərova ilə Nərmin Kazımovadır (hər ikisi 3,5 xal). Qadınlardan ibarət milli komandamızın üzvü Türkan Məmmədyarovanın hesabında 3 xal var. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununa əsasən müəyyənləşəcək.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0