Azərbaycanın iki güləşçisi Pekin Olimpiadasının finalına yüksəlib
12.08.2008 - 09:21
21 yaşlı təmsilçimizin bu mərhələdəki rəqibi isə Roman Amoyan (Ermənistan) olub. 2007-ci ildə Bakıda təşkil olunan lisenziya xarakterli dünya çempionatında rəqibindən üstün olan R. Bayramov bu dəfə də ona aman verməyib. Görüş pəhləvanımızın 11:3 hesablı qələbəsi ilə başa çatıb. R. Bayramov finalda rusiyalı Nazir Mankiyevlə qarşılaşacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan Vitali Rəhimov isə yarımfinaladək Çin, Rumıniya və Bolqarıstan güləşçilərinə qalib gəlib. Təmsilçimizin xüsusilə bolqarıstanlı ikiqat olimpiya çempionu Armen Nazaryan üzərində qələbəsi parlaq alınıb. V. Rəhimov milliyyətcə erməni olan Bolqarıstan təmsilçisini 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda isə o, qazaxıstanlı Nurbakıt Tengizbayevdən güclü olub – 8:1. V. Rəhimovun da finalda rəqibi rusiyalı İslambek Albiyev olacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0