Azərbaycan cüdoçusu Mehman Əzizov Pekin Olimpiadasında mübarizəni dayandırıb
12.08.2008 - 12:04
Pekin. Elşən Məmmədov – APA-Sport. Azərbaycan cüdoçusu Mehman Əzizov Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. «APA-Sport» agentliyinin məlumatına görə, Sidney (2000) və Afina (2004) Olimpiadalarının da iştirakçısı olmuş 32 yaşlı idmançımız yer aldığı 81 kq çəkidə ilk görüşünü Ole Bişofa (Almaniya) qarşı keçirib. Görüş O. Bişofun qələbəsi ilə başa çatıb. Lakin almaniyalı cüdoçu yarımfinaladək irəliləyə bildiyindən, M. Əzizov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. Bununla belə, təmsilçimiz ilk təsəlliverici qarşılaşmasında Travis Stivensə (ABŞ) uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Pekin Olimpiadasında ölkəmizi təmsil edən 6 cüdoçumuzdan 4-ü artıq tatami üzərinə çıxıb. Onlardan yalnız Elnur Məmmədli (73 kq) uğurla çıxış edərək, Olimpiya çempionu tituluna yiyələnib. M. Əzizovla yanaşı, Ramil Qasımov (66 kq) və Kifayət Qasımova (57 kq) heç bir görüşdə qələbə qazanmadan yarışı tərk ediblər.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0