Azərbaycan boksçusu Samir Məmmədov Pekin olimpiadasının 1/8 finalına yüksəlib
12.08.2008 - 16:07
İlk raunddan üstünlüyü ələ keçirən boksçumuz rəqibinə 19:4 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb. S. Məmmədovun bu mərhələdəki rəqibi tailandlı Somjit Jonqjohor olacaq. Döyüş avqustun 16-da baş tutacaq.
Qeyd edək ki, milli komandamızın kapitanı Şahin İmranov da ilk döyüşünü qələbə ilə başa vurub. 57 kq çəkidə yarışan təmsilçimiz ilk görüşdə milliyyətcə azərbaycanlı olan Qazaxıstan boksçusu Qalib Cəfərovu məğlub edib. Ş. İmranov avqustun 15-də 1/8 finalda gürcüstanlı Nikolos İzoriya ilə qarşılaşacaq.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0