Nazir Mankiyev: “Rövşən Bayramovdan revanş almaq üçün olimpiadanı səbirsizliklə gözləyirdim”
13.08.2008 - 13:18
Pekin. Elşən Məmmədov – APA-Sport. “Pekin Olimpiadasında 1/4 finaldan etibarən iranlı Həmid Sorian, cənubi koreyalı Eun Çul Pak və azərbaycanlı Rövşən Bayramovla keçirdiyim hər üç görüş ağır oldu. Ardıcıl son dünya çempionu, dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionunu məğlub etdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində rusiyalı olimpiya çempionu Nazir Mankiyev deyib. 23 yaşlı pəhləvan Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında milli komandamızın üzvü Rövşən Bayramovdan bu il təşkil olunmuş Avropa çempionatındakı məğlubiyyətin əvəzini çıxdığını bildirib: “Mən Rövşən Bayramova uduzmuşdum və bu məğlubiyyətin əvəzini çıxmaq üçün olimpiadanı səbirsizliklə gözləyirdim”. N.Mankiyev vurğulayıb ki, Pekin Olimpiadasında ikiqat Avropa çempionumuz R.Bayramovla final görüşündə ikinci hissədə rəqibi sıxışdırıb: “Bu vaxt o, tamamilə özündən çıxdı. Məhz buna görə ikinci hissədə rəqibimi sıxışdırmaq mümkün oldu. Ümumiyyətlə, olimpiada öncəsi əhval-ruhiyyəm yerində idi. Dördilliyin ən mötəbər yarışının əhəmiyyəti barədə mümkün qədər az düşünürdüm. Əks halda, “yana bilərdim”. Əlbəttə, ağlıma müxtəlif fikirlər gəlirdi, amma mən onları beynimdən çıxarmağa çalışırdım. Düşünsən ki, dörd ildə bir dəfə keçirilən olimpiada həyatda yeganə şansındır, mütləq “yanacaqsan”.
Qeyd edək ki, əslən inquşetiyalı olan N.Mankiyev Rusiyaya Pekin Olimpiadasına ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, əslən inquşetiyalı olan N.Mankiyev Rusiyaya Pekin Olimpiadasına ilk qızıl medalı qazandırıb.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0