Eltac Səfərli dünya çempionatında yenə xal itirib
13.08.2008 - 13:42
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, X turdan sonra Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Eltac Səfərliyə məxsusdur. Yeniyetmələr arasında Avropa və dünya çempionu olan təmsilçimiz hesabat turunda çinli Çao Li ilə heç-heçə oynayıb. E.Səfərli 7 xal toplayıb və liderdən 1 xal geri qalır. Şahmatçımız bu gün XI turda Alexandro Ramireslə (Kosta Riko) qarşılaşacaq. Digər həmyerlilərimizdən Rauf Məmmədov 6,5, Vasif Durarbəyli 6, Orxan Abdulov 5, Bəhruz Rzayev 4 xal yığıb. Qızların yarışına qatılan iki şahmatçımız isə liderlər qrupunda qərarlaşan rəqiblərindən 1,5 xal az toplayıblar. X turdan sonra Türkan Məmmədyarova ilə Nərmin Kazımovanın 6,5 xalı var. Hesabında cəmi 5 xal olan Xəyalə İsgəndərova isə sona iki tur qalmış fəxri kürsüyə yüksəlmək şansını itirib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0