Avropa çempionatında 6 və 7-ci pillədə
23.03.2013 - 10:18
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Apasport.az saytının məlumatına görə, yığmalarımız yekuna əsasən komanda hesabında ilk “üçlüyə” daxil ola bilməyiblər.
Belə ki, Yaqub Məmmədovun rəhbərlik etdiyi qadın güləşçilərimizdən ibarət millimiz 2 bürünc medal qazanaraq, yarışda 23 xal toplayıb. Bu isə onları Türkiyə ilə 6-cı yerə şərik edib. Avropa çempionluğu Ukraynaya (52 xal) qismət olub. Rusiya (48) ikinci, Polşa (43) üçüncü pillədə qərarlaşıb.
Onlardan fərqli, Saypulla Absaidovun rəhbərlik etdiyi sərbəst güləş üzrə millimiz 7-ci yeri tutub. Yarışı 2 bürünc medalla başa vuran komandamız 27 xal yığa bilib. Burada ilk “üçlükdə” isə Rusiya (52), Gürcüstan (43) və Ukrayna (41) yer alıb.
Qeyd edək ki, sərbəst və qadın güləşi üzrə yarışlarda 36 ölkə qüvvəsini sınayıb.

- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
0
0