Rəqiblərimiz qeyri-müəyyənlikdə
23.03.2013 - 16:04
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının yer aldığı F qrupunda mübarizə aparan Şimali İrlandiya və Rusiya yığmaları arasında oyun yenidən təxirə salınıb. Apasport.az saytının məlumatına görə, martın 22-də Belfastın “Vindzor Park” stadionunda keçirilməli olan, lakin hava şəraiti üzündən baş tutmayan qarşılaşma bu gün də oynanılmayacaq.
Bunu Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmisi Cef Uilson açıqlayıb. Hərçənd gün ərzində matçın baş tutacağı ilə bağlı fərqli məlumatlar yayılmışdı.
İndi millimizin rəqibləri oyunun tarixi ilə bağlı qeyri-müəyyənlikdədir. Görüşün iyunun 11-də və ya avqustun 14-də keçiriləcəyi gözlənilir. Bununla bağlı qərar sonradan veriləcək.

- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
0
0