Açılışı oldu – güləş zalının
23.09.2020 - 11:00
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılışı olub.
Apasport.az saytının məlumatına görə, zal əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev iştirak edib. Akademiyanın direktoru Fuad Hacıyev qonaqlara ətraflı məlumat verərək, onları yenidənqurma işləri ilə tanış edib.
Güləş zalında həmçinin uzun illər Akademiyada fəaliyyət göstərən professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0