Cüdo üzrə kişilər və qadınlardan ibarət milli komandamızın üzvləri açıq havada təlim-məşq prosesini davam etdirir.
Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, məşqlər pandemiya qaydalarına ciddi əməl olunmaqla gündə iki dəfə təşkil olunur.
Baş məşqçilər Ruslan Maşurenko və Rəşad Məmmədovun rəhbərlikləri altında keçirilən məşqlərdə milli komandanın bütün aparıcı üzvləri iştirak edir.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının son açıqladığı təqvim planına uyğun olaraq, oktyabrda Macarıstanın paytaxtı Budapeştdə Qran-pri, gələn ilin yanvarında isə Qətərdə nüfuzlu “World Masters” beynəlxalq yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə noyabrda Çex Respublikasında Avropa çempionatının keçirilməsi planlaşdırılır.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb