Azərbaycan Ordusu ermənilərin Füzuli istiqamətində taborunu atəşə tutub, düşmən xeyli itki verib
30.09.2020 - 15:37
Azərbaycan Ordusu ermənilərin Füzuli istiqamətində taborunu atəşə tutub, düşmən xeyli itki verib

Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutub.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.