Şose velosipedi üzrə Azərbaycan yığmaları beynəlxalq yarışlarda iştirak edəcək.
Apasport.az saytına Azərbaycan Velosiped Federasiyasından verilən məlumatına görə, koronavirus pandemiyası üzündən uzun müddət yarışlardan kənar qalan elit və U23 yığmalarının üzvləri Türkiyədə turnirlərə qatılacaq.
Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında 7 velosipedçimiz 1.2 kateqoriyalı 6 yarışda mübarizə aparacaq. Bunlar Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Şahin Eyvazov, Nəcəf Bağırov, Mahmud Məmmədov və Ayan Xankişiyevadır.
İdmançılarımız sentyabrın 3-də Develi, 4-də Kapadokya, 5-də Ərciyəs Qran-Prisində çıxış edəcək. Ertəsi gün yüksək sürətli dünya Qran-Prisinə də çıxacaq idmançılarımız ayın 14-də Ərciyəs, ertəsi gün Mərkəzi Anadoluda mübarizə aparacaq.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb