Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30-23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.
Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.
Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.
- Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub
- İdman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib