Düşmənin hücum cəhdinin qarşısı alındı - əsir götürülənlər var
24.10.2020 - 20:52
Düşmənin hücum cəhdinin qarşısı alındı - əsir götürülənlər var

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.