Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edildi
03.11.2020 - 16:54
Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edildi

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri, polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib.