Federasiyaya prezident seçkiləri təxirə salındı – koronavirusa görə
25.09.2020 - 13:43
Federasiyaya prezident seçkiləri təxirə salındı – koronavirusa görə

Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezident seçkiləri təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı federasiyanın İcraiyyə Komitəsi verib.

2021-ci ilin yanvarında keçirilməli olan Seçki Konqresi marta qədər təxirə salınıb. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, hazırda İWF-in prezidenti vəzifəsini Ursula Palandrea icra edir. O, aprelin 15-də istefası qəbul olunan Tomaş Ayanı əvəzləyib.