Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
29.09.2020 - 09:09
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.